Qadının qətlində, hakim köməkçisini bıçaqlamaqda şübhəli idi - İntihar etdi

Qadının qətlində, hakim köməkçisini bıçaqlamaqda şübhəli idi - İntihar etdi

Bir neçə gün öncə Gəncə şəhərində 45 yaşlı İlhamə Hüseynovanın qətli, 25 yaşlı Akif Ağalarovun isə xəsarət alması ilə nəticələnən hadisəyə görə tutulmuş şəxs intihar edib. 

"Cebhe.info" “Qafqazinfo” xəbər verir ki, hadisə zamanı özünə də xəsarətlər yetirən 65 yaşlı Mahir Quliyev bu gün intihar edib.

Özünü xəstəxana binasının 3-cü mərtəbəsindəki palatanın pəncərəsindən atan M.Quliyev hadisə yerində ölüb.

Əldə etdiyimiz məlumata görə, hadisə vaxtı bıçaqlanan Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimlərindən birinin köməkçisidir.

"Cebhe.info"