Azərbaycanın cüdo millisi Niderlandla üz-üzə gələcək

Azərbaycanın cüdo millisi Niderlandla üz-üzə gələcək

Bolqarıstanda yeniyetmə cüdoçuların Avropa çempionatı bu gün başa çatacaq.

"Report"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, sonuncu gündə komandalar arasında yarış gerçəkləşəcək.

Azərbaycan yığması 1/8 finalda Niderland seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar

"Cebhe.info"