İsrail Livanla sərhədə hücum edib

İsrail Livanla sərhədə hücum edib

İsrail Livanla sərhəddə yerləşən İsbaulcali bölgəsinə hücum edib.

"Cebhe.info" xəbər verir ki, İsrail tərəfindən Livandan sərhədə yaxın bölgəyə 3 ədəd tank əleyhinə raketin atıldığı, birinin Tel Havi, digər ikisinin isə Misqaf bölgəsinə düşdüyü bildirilib.
Hücumda ölən və yaralanan olmasa da, İsrail ordusuna artilleriya atəşi ilə cavab verdiyi bildirilib.

Oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan "Hizbullah"la döyüşür.

Son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır.

İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün “əməliyyat planını” təsdiqlədiyini açıqlayıb.
İsrailin xarici işlər naziri Yisrael Katz iyunun 21-də verdiyi açıqlamada "Hizbullah"ın İsrail torpaqlarına və vətəndaşlarına hücumlarına icazə verilə bilməyəcəyini və tezliklə lazımi qərarları alacaqlarını bildirib.

İsrail ordusunun oktyabrın 8-dən Livana qarşı həyata keçirdiyi hücumlarda indiyədək 352 "Hizbullah" üzvü ölüb.

Ləman İsmayıl
"Cebhe.info"