İsveçrə - İtaliya matçının ən yaxşı futbolçusu bəlli olub
![İsveçrə - İtaliya matçının ən yaxşı futbolçusu bəlli olub](/uploads/images/2024/06/720x400/1719686536198401018366805588c621f.jpg)
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu bəlli olub.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü Ruben Varqas görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
25 yaşlı yarımmüdafiəçi komandasının ikinci qoluna imza atıb.
"Cebhe.info"