Keşiş: “Əsgərlərin kazarması yoxdur, müdafiə nazirinin isə 2-3 evi var”

Keşiş: “Əsgərlərin  kazarması yoxdur, müdafiə nazirinin isə 2-3 evi var”

“Bizim əsgərlərin normal kazarması yoxdur, müdafiə nazirinin isə 2-3 evi var”.

“Cebhe.info” xəbər verir ki, bunu arxiyepiskop Baqrat Qalstanyan Davidbəy kəndinin sakinləri ilə görüşü zamanı bildirib:

“Sərhədi qoruyan hərbçinin normal mənzili olmayanda, sənin bir nazir kimi iki-üç evinin olması normal deyil. Ona görə də bizim əsgərlər Azat kəndindəki kazarmada yanıblar”.

Kənd sakini arxiyepiskopdan səngərdəki əsgərlərin aqibətinin necə olacağını soruşanda, keşiş iki yol olduğunu bildirib:

“Ya çarəsizlik içində hər şeydən uzaqlaşmağa başlayırsan, ya da üsyan edirsən, başqa yol yoxdur. Əvvəla, yalan danışanlar ölkədən getməlidir, məmur yalan danışa bilməz, danışırsa, məmur olmamalıdır”.

Arxiyepiskop qeyd edib ki, Azərbaycan sadəcə torpaqları almaq kifayətlənmir,  konstitusiyanın da dəyişdirlməsini istəyir:

“Sonra da deyəcəklər ki, biz ümumilikdə ordu saxlaya bilmərik”.

Xəzər
“Cebhe.info”