Qaxda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb
![Qaxda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb](/uploads/images/2024/06/720x400/17196819467643664916680439abb7e8.jpg)
Qaxda minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, xəsarət alanlar var.
Hadisə axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı "VAZ-21015"-in sürücüsü və sərnişin hadisə yerində ölüb.
Daha bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda ölən və yaralanan şəxslərin kimlyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.\APA
"Cebhe.info"