Bakıda 4-5 ulduzlu mənzillərdə sutkalıq kirayənin orta qiyməti azalıb

Bakıda 4-5 ulduzlu mənzillərdə sutkalıq kirayənin orta qiyməti azalıb

Bu ilin yanvar-iyul aylarında Bakıda 2 ,3, 4 və 5 ulduzlu mənzillərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə sutkalıq kirayənin orta qiyməti müvafiq olaraq 112,9 manat, 127,9 manat, 154,7 manat və 267,9 manat təşkil edib.

"Cebhe.info" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ulduzlu otellərdə orta qiymət 1,6 % artıb,  5 ulduzlu hotellərdə isə müvafiq olaraq 73,8 %  22,3 % azalıb.

1 il bundan əvvəl paytaxtda gecələmək üçün 2 ulduzlu mənzil olmayıb.

"Cebhe.info"