Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
![Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb](/uploads/images/2024/06/720x400/17197389831381202546681226716e3f.png)
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 01-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
"Cebhe.info"