Avropa çempionatı: Azərbaycan millisi Niderlanda uduzub

Avropa çempionatı: Azərbaycan millisi Niderlanda uduzub

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.

"Report"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

"Cebhe.info"