Romada qadın qətlinə qarşı üsyan

Romada qadın qətlinə qarşı üsyan

Bir qrup fəal İtaliyanın paytaxtı Romanın tarixi və turistik yerlərindən biri olan İspan pilləkənlərinə qırmızı boya tökərək qadın qətllərinə etiraz edib.

"Cebhe.info" xəbər verir ki, Romada səhər saatlarında keçirilən etiraz aksiyasında "Hər şeyi yandıraq" adlı qadın hüquqları təşkilatına bağlı 6 fəal tarixi pilləkənlərə qətlə yetirilən qadınların qanını simvolizə edən qırmızı boya töküblər.  Roma Bələdiyyəsinin polis qrupları nümayişçilərin qarşısını almağa çalışsalar da, müdaxilələri nəticə verməyib.

Etirazçılar İtaliyada qırmızı boyalı əlləri ilə pilləkənlərə basaraq iz buraxarkən qadınların öldürülməsinə etiraz etdiklərini bildiriblər.

Qeyd edək ki, "ANSA" agentliyinin xəbərinə görə, 2023-cü ildə ölkədə 120 qadın qətli törədilib.

Nigar Hacılı 
"Cebhe.info"