Valyuta satışı 30 faiz azalır

Valyuta satışı 30 faiz azalır

Rusiya Mərkəzi Bankı bu ilin ikinci yarısında daxili bazarda valyuta satışını 30 faiz azaldacağını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, ilk altı ayda gündə 11,8 milyard rubl dəyərində valyuta satan Mərkəzi Bank bu rəqəmi 8,4 milyard rubla endirəcəyini açıqlayıb.
 
Bildirilib ki, neft və təbii qaz gəlirlərinin vəziyyətindən, Maliyyə Nazirliyinin valyuta alqı-satqısına keçirəcəyi resursların həcmindən asılı olaraq gündəlik valyuta satış rəqəminə hər ay yenidən baxıla bilər.

Qeyd edək ki, Rusiyada hökumət ixracatçıların satmağa borclu olduğu valyuta gəlirlərinin nisbətini 80 faizdən 60 faizə endirib.

Nigar Hacılı 
"Cebhe.info"