Almaniya - Danimarka matçının ən yaxşı futbolçusu açıqlandı

Almaniya - Danimarka matçının ən yaxşı futbolçusu açıqlandı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final oyununun ən yaxşı futbolçusu məlum olub.

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytı məlumat yayıb.

Belə ki, Almaniyanın müdafiəçisi Antonio Rudiger matçın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, matç Almaniyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda 1/4 finala keçib.

"Cebhe.info"