Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xəstəxanayanı küçəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Səmayə Ağayeva yolu keçərkən onu minik avtomobili vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

“Cebhe.info”