“Qalatasaray” Ziyeşə hakimdir

“Qalatasaray” Ziyeşə hakimdir

“Qalatasaray” “Çelsi”dən icarəyə götürdüyü Hakim Ziyeşin transfer hüququnu alıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərakeş millisinin üzvünün transferi İstanbul təmsilçisi üçün pulsuz başa gəlib. 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Onun illik maaşı 2,8 milyon avro olacaq.

Qeyd edək ki, Hakim Ziyeş ötən mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

"Cebhe.info"