Direktorlar bu müəllimlər arasından seçiləcək

Direktorlar bu müəllimlər arasından seçiləcək

“Növbəti mərhələdə direktor və direktor müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsinə üstünlük veriləcək.

“Çünki öz fənnini bilməyən şəxs məktəbə direktorluq edəndə, düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, tək yüksək nəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcə direktorlar yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcək”.

“Cebhe.info”