Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə “Cebhe.info”ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın Nəsimi rayonunun C.Hacıbəyli küçəsində qeydə alınıb.

Bildirilib ki, 18 mərtəbəli yaşayış binasının həyətində generatorda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

“Cebhe.info”