Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq

Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq

BMT-də veto hüququ mexanizmi heç bir halda aradan qalxmayacaq.

Bunu TASS-a müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Veto mexanizmi heç bir halda aradan qalxmayacaq, ancaq Təhlükəsizlik Şurası ilə Baş Assambleya arasında münasibətlərdə müəyyən irəliləyiş var”, - o bildirib.

A.Quterreş qeyd edib ki, veto qoyarkən Baş Assambleya Təhlükəsizlik Şurasından izahat alır:

"Hesab edirəm ki, Şuranın iş metodlarının təkmilləşdirilə bilən aspektləri var. Bundan əlavə, onun effektivliyini artırmaq və legitimliyini gücləndirmək vacibdir".

“Cebhe.info”