Zakir Həsənov Macarıstana getdi

Zakir Həsənov Macarıstana getdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.

Bu barədə “Cebhe.info”ya MN-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.

“Cebhe.info”