"Mercedes"lə avtoxuliqanlıq etdi, həbs edildi

"Mercedes"lə avtoxuliqanlıq etdi, həbs edildi

Quba Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları tərəfindən “Mercedes” markalı, 10-RS-201 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

“Cebhe.info” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Mirabdulla Sadıqov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Sadıqovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

“Cebhe.info”