Jozep Borrell danışdı: Ukrayna böhranı…

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Ukrayna böhranının bir neçə həftəyə hansı şəraitdə başa çata biləcəyindən danışıb.
Cebhe.info xəbər verir ki, onun sözlərinə istinadən TASS yazıb.
Qeyd edək ki, Borrell Sinqapurda "Şanqri-La Dialoq" forumunda çıxışı zamanı Ukrayna böhranına bir neçə həftəyə son qoymağın şərtlərini açıqlayıb və bildirib ki, bu, o zaman baş verə bilər ki, Ukrayna Qərbin hərbi yardımından imtina etsin.
“Mən Ukraynada müharibəni necə bitirəcəyimi bilirəm. Bu çox asandır. Biz Ukraynaya hərbi dəstəyi dayandırırıq və müharibə bir neçə həftəyə başa çatacaq”, - deyə o izah edib.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri münaqişənin nəticəsi barədə fikirləşib.
Onun sözlərinə görə, böhranın nəticəsi vacibdirsə, o zaman Qərb Kiyevə hərbi tədarükləri dayandıra bilməz:
"Çünki ölkələr Ukraynanı ikinci Belarusa çevirəcək kapitulyasiya dünyasını istəmirlər", - Borrell vurğulayıb.
O bildirib ki, vacib olan münaqişənin sona çatması faktı deyil, onun nəticələridir:
"Qərb ölkələri Ukrayna Respublikası ərazisində sülhün bərqərar olmasına çalışdıqları üçün Kiyevi silahla təmin etməkdə davam edəcəklər".
Sevinc Tapdıqqızı
Cebhe.info