Keçmiş prezident ofisianta 500 dollar “çaypulu” verdi

Keçmiş prezident ofisianta 500 dollar “çaypulu” verdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı seçicilərə xidmət haqqına görə vergiləri ləğv edəcəklərini vəd etmişdi.

Xidmət haqqı əyləncə sənayesi işçiləri üçün əsas gəlir mənbəyidir.

“Cebhe.info” xəbər verir ki, bu vəd əvvəlcə Nevada ştatında Las-Veqasda keçirilən mitinqdə verilib. Sonra isə Cənubi Kaliforniyaya səfəri zamanı Tramp “Tony and Nick's Steaks” restoranında ofosoanta 500 dollar bəxşiş verib və qəbzin arxasına “bəxşiş vergisinə son” yazıb. Bu barədə “Fox Business” məlumat yayıb.

ABŞ-də prezident seçkilərinin 2024-cü il noyabrın 5-də keçirilməsi planlaşdırılır. Əsas rəqiblər hazırkı dövlət başçısı, demokrat Co Bayden və eks-prezident, respublikaçı Donald Trampdır.

Tramp bundan əvvəl bəyan etmişdi ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə, rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl də Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olacaq.

Xəzər
“Cebhe.info”