Koronavirusun yeni mutasiyası ortaya çıxıb

Koronavirusun yeni mutasiyası ortaya çıxıb

Alimlər "COVID-19" infeksiyasının ən uzun müddətdir daşıyıcısı olan insanda yeni bir variantın ortaya çıxdığını açıqlayıblar.

"Cebhe.info" xəbər verir ki, Niderlandın Amsterdam Universitetinin Tibb Mərkəzində yoluxucu xəstəliklər üzrə mütəxəssisləri bəyan ediblər ki, 72 yaşlı kişi 613 gün ərzində bədənində "COVID-19" virusunun yeni mutasiyasını daşıyıb.

Bildirilib ki, artıq həyatda olmayan şəxsin immuniteti aşağı idi və dəfələrlə aldığı peyvəndlər onu qoruya bilmədi.

Tədqiqatçıların fikrincə, koronavirusun orqanizmdə qalma müddəti o qədər uzun olub ki, virus immunitetdən yayınan yeni virusa çevrilib.

İmmunitet sistemi zəif olan insanların "COVID-19"a yoluxma riski daha yüksəkdir və hətta üç dəfə peyvənd olunsa belə, xəstəxanaya yerləşdirilmə ehtimalı 13 dəfə çoxdur.

Nigar Hacılı 
"Cebhe.info"