Kral Salman xəstəxanadan evə buraxılıb

Kral Salman xəstəxanadan evə buraxılıb

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin sağlamlıq yoxlamalarından sonra Ciddə şəhərindəki xəstəxananı tərk edib.

"Cebhe.info" xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasından gündəlik müayinələrini tamamladıqdan sonra evə buraxılıb.

Xatırladaq ki, Kral Məhkəməsi dünən Kral Salmanın müntəzəm sağlamlıq yoxlamaları üçün xəstəxanaya yerləşdirildiyini elan etmişdi.

Nigar Hacılı 
"Cebhe.info"