Kreml təsdiqlədi: “Gəlirlər”

Kreml təsdiqlədi: “Gəlirlər”

“ABŞ-dən danışıqlar aparmaq üçün nümayəndələr Rusiyaya gəlirlər, burada rusiyalı həmkarları ilə təmaslar planlaşdırırlar”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, jurnalistlərə “Biz hadisələri qabaqlamayacağıq, məlumatı sonra deyəcəyik. Həqiqətən, danışıqlar aparırlar və həqiqətən də təmaslar planlaşdırılır”,-deyib.

“RBC Flightradar” məlumatlarına istinadən xəbər verilir ki, dövlət katibi Vitkoffun təyyarəsi Rusiyaya çatıb.

Xəzər
“Cebheinfo.az”