Məktəblər distant təhsilə keçə bilər

Məktəblər distant təhsilə keçə bilər

İranda məktəblər martın 20-nə qədər bağlı qalacaq.  

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu ölkənin Təhsil Nazirliyinin sözçüsü deyib.

O bildirib ki, yaranmış vəziyyətə görə məktəblər ilin sonuna qədər (İranda il martın 20-də başa çatır) açılmayacaq və təhsil onlayn şəkildə veriləcək.

Bu müddətin uzadılması və ya dəyişdirilməsi ilə bağlı hər hansı yeni qərar rəsmi şəkildə elan olunacaq.

"Cebheinfo.az"