Moskvada 46-cı Beynəlxalq Kinofestival keçirilir

Moskvada 46-cı Beynəlxalq Kinofestival keçirilir

Bu gün Rusiya paytaxtında 46-cı Beynəlxalq Moskva Kinofestivalı başlayır.

"Cebhe.info" xəbər verir ki, aprel 19-da ənənəvi Moskva Beynəlxalq Kinofestivalı işə başlayıb. 46-cı dəfə keçirilən festival aprelin 26-dək davam edəcək.

Kinofestivalda 260 bədii, sənədli, animasiya, qısametrajlı filmlər və çoxhissəli bədii əsərlər nümayiş etdiriləcək.

İslandiyalı rejissor Fridrik Thor Fridrikssonun sədrlik etdiyi münsiflər heyəti baş mükafata qərar verərkən on filmi qiymətləndirəcək: 

“Ciprian Meqinin (Rumıniya) "21 Rubies", Peter Keqleviçin (Avstriya) "Everything Will Be Revealed", Qrigore Beçetin (Moldova, Rusya, Rumıniya) "Surviving in Mo...",  Nahid Azizi Sedigh (İran) "Breath of Cold", Qoran Radovanoviç (Serbiya) "The Forest King", Murat Duzgunoglu (Türkiyə) "Between Dog and Wolf", Asif İslam (Bangladeş), "Nirvana" və Miquel Salqado (Meksika) "Shame". Almanya MIFF-ə iki film göndərdi: Yuri Saulenin çəkdiyi "Martin Reads the Quran" və Silke Endersin çəkdiyi "Schlimazel".

Rusiyanı İvan Sosninin “The Alien” filmi təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Moskva Kinofestivalı1935-ci ildə təsis edilib və Venesiyadan sonra dünyanın ikinci ən qədim film festivalıdır. 

1995-ci ildə kinofestivalın hər il keçiriləcəyi elan edildi, lakin 1996 və 1998-ci illərdə keçirilmədi. MIFF 1999-cu ildən hər il keçirilir. Film festivalının sədri rejissor Nikita Mixalkovdur. 

Nigar Hacılı 
"Cebhe.info"