Moskvada baş verən terror aktının yeni görüntüləri yayılıb - VİDEO

Moskvada baş verən terror aktının yeni görüntüləri yayılıb - VİDEO

Ötən gecə Rusiyanın paytaxtı Moskvadakı "Krokus siti holl”da baş verən terror aktı ilə bağlı yeni videogörüntülər yayılıb.

"Cebhe.info" xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda konsert salonundakı tamaşaçıların qaçdıqları və ən azı 4 silahlı hücumçunun hər kəsə atəş açdığı görülür.

Digər videolardan birində hücumçunun konsert zalının foyesində yatan cansız cəsədlərə yaxın məsafədən atəş açdığı görünür.

Naibə
"Cebhe.info"