Ötən il ABŞ-da müsəlmanlara qarşı insidentlər çoxalıb

Ötən il ABŞ-da müsəlmanlara qarşı insidentlər çoxalıb

2023-cü ildə ABŞ-da müsəlmanlara və fələstinlilərə qarşı ayrı-seçkilik halları və hücumlar rekord həddə çatıb.

"Cebhe.info" xəbər verir ki, bu haqda Amerika-İslam Münasibətləri Şurası (CAIR) hesabat yayıb.

Bildirilib ki, ABŞ-də müsəlmanlara və fələstinlilərə qarşı hücumlar və ayrı-seçkilik 2023-cü ildə İsrail və HƏMAS arasındakı qarşıdurmalar nəticəsində artan islamafobiya və qərəzlərin təsiri ilə rekord həddə çatıb.

Qeyd olunur ki, 2023-cü ildə müsəlmanlardan daxil olan şikayətlərin sayı 8061-ə çatıb ki, bu da əvvəlki ilə nisbətən 56 faiz artım deməkdir və Amerika-İslam Münasibətləri Şurasının (CAIR) təxminən 30 il əvvəl qeydlərə başlamasından bəri ən yüksək göstəricidir.

Hesabatda bildirilib ki, bu hadisələrin təxminən 3600-ü ötən ilin oktyabrından dekabr ayına qədər baş verib.

CAIR-nin hesabatında deyilir ki, 2022-ci ildə şikayətlərdə ilk dəfə qeydə alınan illik azalmadan sonra 2023-cü ildə müsəlmanlara qarşı nifrətinin güclənməsi müşahidə olunub. 2023-cü ilin ilk doqquz ayında bu cür hadisələr ayda orta hesabla 500-ə yaxın olub, son üç ayda isə təxminən 1200-ə çatıb:

“Bu güclənən islamofobiya dalğasının əsas səbəbi 2023-cü ilin oktyabrında İsrail və Fələstində zorakılığın artması olub”. 

Nigar Hacılı 
"Cebhe.info"