Özəldən Kılıçdaroğlu ilə bağlı suala TƏPKİ

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ötən gecə jurnalistlərin suallarını cavablandırırakən maraqlı anlar yaşanıb.
"Cebheinfo.az" xəbər verir ki, jurnalistlərdən birinin CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu ilə bağlı sualı Özəlin təpkisinə səbəb olub.
Belə ki, Özələ "Kamal Kılıçdaroğlu qurultayda namizəd olacaqmı?" sualı ünvanlanıb. CHP liderinin isə cavabı diqqət çəkib: "Daha ciddi sual varsa, cavablayaram. Maqazinlə məşğul olacaq ruh halında deyiləm". Qeyd edək ki, 6 apreldə CHP-də fövqəladə qurultay keçiriləcək.
Elmir Mustafa
"Cebheinfo.az"