Özgür Özəl PKK-dan danışdı: “Proses bir müddətdir...”

Özgür Özəl PKK-dan danışdı: “Proses bir müddətdir...”

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Vanda keçirilən mitinqdə PKK-nın silah buraxması barədə danışıb.

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi "Terrorsuz Türkiyə" prosesini dəstəklədiklərini açıqlayıb.

O, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının başlatdığı və PKK-nın qurultayına qədər gedən proses haqqında bunları deyib:

"Bu yeni proses bir müddətdir irəliləyir. Biz heç vaxt kürd məsələsini inkar edənlər arasında olmamışıq. Əvvəldən bunun səmimi və şəffaf şəkildə parlamentdə həll olunmasını müdafiə etmişik. CHP daxilində də şəhid ailələrinin ümumi razılığı ilə komissiya qurmuşuq. Terrorun sona çatması və sülhün bərqərar olması üçün atılan səmimi, bazarlığa yönəlik olmayan hər addımı dəstəkləməyə davam edəcəyik".

Özgür Özəl iqtidarın "Terrorsuz Türkiyə" prosesinə "hə" dediklərini bəyan edib:

"Biz "Terrorsuz Türkiyə"yə və terrorun dayanmasına "hə" deyirik. PKK-nın bir an əvvəl silahlarını yerə qoymasını dəstəkləyirik. Bu xəbərin ən qısa zamanda gəlməsini istəyirik".

Qeyd edək ki, PKK-nın ləğv olunduğunu və silahları yerə buraxdığını elan etməsi gözlənilir.

Elmir Mustafa 
"Cebheinfo.az"