Parisdə bərpa edilmiş Notr-Dam Katedralının açılış mərasimi keçirilir

Fransanın paytaxtı Parisdə Notr-Dam Katedralının bərpa prosesindən sonra açılış mərasimi keçirilir.
APA "CNN"ə istinadən xəbər verir ki, mərasimə 50 dövlətin başçısı dəvət olunub.
İştirakçılar arasında Fransa prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və Gürcüstan prezidenti Salome Zurabişvili də var.
"Cebheinfo.az"