Rusiya 9 ölkə ilə müqavilə imzalayır

Rusiya 9 ölkə ilə müqavilə imzalayır

Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəhbəri Aleksey Klimov bildirib ki, Rusiya daha doqquz ölkə ilə vizasız gediş-gəlişlə bağlı danışıqlar aparır.

"Cebhe.info" xəbər verir ki, Klimov "RİA Novosti" agentliyinə açıqlamasında bildirib: “Son dörd ildə bu qəbildən 15 saziş imzalanıb və qüvvəyə minib. Bundan əlavə, biz hazırda daha doqquz ölkə ilə belə sazişlər üzrə danışıqlar aparırıq”.

Klimov 65-dən çox ölkə vətəndaşının viza rəsmiləşdirilməsinin ləğvi ilə bağlı razılaşmalar çərçivəsində Rusiyaya gedə biləcəyini də xatırladaraq, vizasız rejimin təktərəfli qurulmasının dost və tərəfsiz ölkələrin gözündə Rusiyanın xarici siyasət etibarına ciddi ziyan vuracağını vurğulayıb.

Klimov bəyan edib ki, belə tədbirlər beynəlxalq arenada ciddi rol oynamayan çimərlik turizmi olan ölkələr tərəfindən həyata keçirilir.

Bu ayın əvvəlində İndoneziyanın Rusiya ilə viza rejimini ləğv etməyi düşündüyü açıqlansa da, son həftələrdə Rusiya İqtisadi İnkişaf Nazirliyinin Çoxtərəfli İqtisadi Əməkdaşlıq və Xüsusi Layihələr Departamentinin rəhbəri Nikita Kondratyev Hindistandan ilk vizasız pulsuz turist qruplarının 2025-ci ildə Rusiyaya gələ biləcəyini açıqlayıb.

Nigar
"Cebhe.info"