Rusiya bu dəfə "Hizbullah"a ağız açıb 

Rusiya bu dəfə "Hizbullah"a ağız açıb 

Rusiya Ukrayna müharibəsində indi də "Hizbullah"ın silahlarından istifadə edəcək.

Cebhe.info “Azad İran”-a istinadən xəbər verir ki, İran və Rusiya bu barədə saziş imzalayıblar.

Bu razılaşmaya əsasən, İranyönlü hərbi-siyasi təşkilat olan "Hizbullah" köhnə silahlarını Suriyadakı ərəb qruplaşmalarına və Rusiya ordusuna təhvil verəcək. Bunun müqabilində Tehrandan yeni silahlar alacaq.

SEPAH-ın adı açıqlanmayan xüsusi nümayəndəsi Küveytin “Əl-Cəridə” qəzetinə açıqlamasında bu məlumatı təsdiqləyib.

O qeyd edib ki, Ukrayna müharibəsində silaha ehtiyacı olan Rusiya hökuməti "Hizbullah"-ın 2006-cı ildən bu yana anbarlarında topladığı külli miqdarda hərbi sursatı alacaq.

Qeyd edək ki, Livanda yerləşən "Hizbullah" hərbi-siyasi təşkilatı İranın Yaxın Şərqdə, xüusilə Suriya, İraq və Yəməndə əsas geosiyasi istehkamı hesab olunur.

Yunis Abdullayev
Cebhe.info