Rusiyada bombardmançı təyyarə qəzaya uğradı

Rusiyada bombardmançı təyyarə qəzaya uğradı

Bu gün səhər Rusiyanın cənubunda Stavropol vilayətində "Tu-22M3" strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb.

"Cebhe.info" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərdə bildirilib.

Nazirlik bombardmançı təyyarənin 4 pilotunun təyyarədən atıldığını, 3 pilotun xilas edildiyini, dördüncü pilotun axtarışlarının davam etdiyini açıqlayıb.

Qəzaya texniki nasazlıq səbəb olduğu bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"