Rusiyada zavodda yanğın olub

Rusiyada zavodda yanğın olub

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Yanğının digər sahələrə keçməsinin qarşısı vaxtında alınıb və başvermə səbəbləri araşdırılıb.

Nigar Hacılı 
"Cebhe.info