Şimali Makedoniyada prezident seçkisi start götürüb

Şimali Makedoniyada prezident seçkisi start götürüb

Bu gün Şimali Makedoniyada prezident seçkisi keçirilir.

Seçki hüququ olan şimali makedoniyalılar ölkə üzrə olan 3 480 seçki məntəqəsində səhər saat 07:00-dan axşam 19:00-dək səsvermədə iştirak edə bilərlər.

Qeyd olunur ki, prezident postuna əsas namizədlər Makedoniya Sosial Demokrat İttifaqı tərəfindən dəstəklənən hazırkı Prezident Stevo Pendarovski və ən böyük müxalifət partiyası olan Daxili Makedoniya İnqilabi Təşkilatı - Makedoniya Milli Birliyi Naminə Demokratik Partiyasının namizədi Siljanovska-Davkova Qordanadır.

Hər iki siyasətçi 2019-cu il prezident seçkisinin ikinci turunda iştirak edib.

"Cebhe.info"