“Trampın bu məsələdə siqnalını eşitməmişik” - Rusiya XİN

“Trampın bu məsələdə siqnalını eşitməmişik” - Rusiya XİN

“ABŞ Ukraynanın təkliflərini ciddi qəbul edib, lakin bu, münaqişənin əsas səbəblərini aradan qaldırmaq tələblərini ehtiva etmədiyi üçün onları olduğu kimi qəbul etmək olmaz”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Mejdunarodnaya jizn” jurnalına müsahibəsində deyib.

Ryabkov ABŞ Prezidenti Donald Trampın Kiyevə müharibəni dayandırmaq üçün siqnal verdiyini eşitmədiklərini də bildirib:

“Biz prezident Trampdan Kiyevlə müharibənin dayandırılması ilə bağlı heç bir siqnal eşitməmişik. Hələlik əlimizdə olan tək şey, amerikalıların fikrincə, atəşkəsə imkan verəcək bir növ plan tapmaq cəhdidir. Sonra onlar bəzi başqa modellərə və planlara keçəcəklər. Əlbəttə, bizim bu məsələyə dərindən və diqqətlə düşünülmüş yanaşmalarımız var və onlar üzərində iş aparılır”.

"Cebheinfo.az"