Vaşinqtona gözlənilməz səfər

Vaşinqtona gözlənilməz səfər

İsrailin müdafiə naziri Yoav Qallant bzaar günü gözlənilməz səfərlə Vaşinqtona gedib.

Səfərin əsas məqsədi ABŞ-ni İsrailə vermədiyi ağır yüklü bombalarla bağlı qərarın icrasını dayandırmağa məcbur etməkdir.

“Cebhe.info” bu barədə “Times of Israel”-ə istinadən xəbər verir.

Qallant yola düşməzdən əvvəl etdiyi çıxışda İsrailin ABŞ ilə əlaqələrinin əhəmiyyətini və səfərinin əhəmiyyətini vurğulayıb:

“Yüksək rütbəli hökumət rəsmiləri ilə görüşlər müharibənin gələcəyi üçün çox vacibdir. Bu görüşlər zamanı mən Qəzza və Livandakı hadisələri müzakirə etməyi planlaşdırıram”.

Qallant bildirib ki, İsrail “Qəzza, Livan və digər ərazilərdə tələb oluna biləcək istənilən hərəkətə” hazırdır.

“Qəzzada 3-cü mərhələyə keçid böyük əhəmiyyət kəsb edir. Mən ABŞ rəsmiləri ilə bu keçidin necə əlavə dəyişikliklərə səbəb ola biləcəyini müzakirə edəcəyəm və bilirəm ki, bu məsələdə də ABŞ ilə sıx əməkdaşlığa nail olacağıq”, - deyə İsrailin müdafiə naziri əlavə edib.

Xəzər
“Cebhe.info”