Xarkov vuruldu:Onlarla yaralı var

Xarkov vuruldu:Onlarla yaralı var

İyunun 22-də Ukraynanın Xarkov vilayətində Rusiya aviasiyasının yaşayış binasına endirdiyi zərbə nəticəsində 2 nəfər həlak olub, 53 nəfər yaralanıb. 

“Cebhe.info” Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, 
səhər saatlarına olan məlumata görə, xilasetmə işləri artıq başa çatıb.

“Ümumilikdə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 116 əməkdaşı və 24 ədəd fövqəladə xilasetmə texnikası çalışıb”, - deyə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.

Ukrayna tərəfinin məlumatına görə, iyunun 22-də rus qoşunları Xarkova bir anda 4 idarə olunan bomba atıb və onlardan biri yaşayış binasına düşüb.

Xəzər
“Cebhe.info”