Yəmən ABŞ-nin pilotsuz təyyarəsini vurdu

Yəmən husilərinə ("Ənsar Allah" hərəkatı) məxsus hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında ABŞ-nin "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Sabrennews"a istinadən xəbər verib.
Xatırladaq ki, insident ABŞ Prezidenti Donald Trampın mayın 6-da ölkəsinin Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançı husilərə qarşı hücumlarını dayandırmasına dair açıqlamasından sonra baş verib. Birləşmiş Ştatlar prezidenti əlavə etmişdi ki, husilər də öz növbəsində Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında heç bir gəmiyə hücum etməyəcəklərinə söz veriblər.
https://t.me/FreeIranTelegram/6033?single
“Cebheinfo.az”