Yenə Çin, yenə virus...

Yenə Çin, yenə virus...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pekindən Çində uşaqlarda respirator xəstəliklər və pnevmoniyaya yoluxma hallarının artması ilə bağlı əlavə məlumat istəyib.

Cebhe.info xəbər verir ki, bu barədə CNN yazıb.

"ÜST Çindən epidemioloji və klinik məlumat, laboratoriya nəticələri, patogenlərin dövranı və səhiyyə sisteminə yük haqqında ətraflı məlumat istəyib", - telekanal xəbər verir.

Bildirilib ki, Çin Milli Səhiyyə Komissiyasının rəsmiləri keçən həftə uşaqlar arasında tənəffüs yollarında yoluxucu xəstəliklərin artdığını bildiriblər.

Təşkilat qeyd edir ki, Çin hakimiyyəti bu artımı COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və qrip, mikoplazma pnevmoniyası, respirator sinsitial virus (RSV) və SARS-CoV-2 kimi məlum patogenlərin dövriyyəsi ilə əlaqələndirir.

ÜST açıqlayıb ki, Çinin şimalında uşaqlarda diaqnoz qoyulmamış pnevmoniyanın yayılmasının tənəffüs yolu infeksiyaları ilə əlaqəli olub-olmadığı hələ aydın deyil.

Təşkilat Çindəki əhaliyə tənəffüs yoluxucu xəstəliklər riskini azaltmaq üçün lazımi peyvəndlər almağı, xəstələndikdə evdə qalmanı, maska taxmağı və mütəmadi olaraq əlləri yumağı tövsiyə edir.

Xəzər
Cebhe.info