Aqil Abbasdan yazarların ev qalmaqalına münasibət

Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 yazara ev verilməsi geniş müzakirələrə və narazlıqlara və səbəb olub.
Tərcüməçi Sevil Gültən, şair Cəlil Cavanşir, Alik Əlioğlu və s. tanınmış şəxslər bununla bağlı öz etirazlarını bildirib və mənzillərin bölüşdürülməsi zamanı ədalətsizliyə yol verildiyini qeyd ediblər.
Yazıçılar Birliyinin ayrı-ayrı məsul şəxsləri də məsələyə münasibət bildirib.
Millət vəkili, yazıçı Aqil Abbas Cebhe.info-ya açıqlamasında məsələyə münasibətini belə bildirib:
“Ev sahibi olanlara Allah xeyir versin, Allah mübarək eləsin. Evin içində toy etsinlər, balalarına, nəvələrinə qismət olsun. Başqa nə deyim...”
Ləman
Cebhe.info