Çingiz Abdullayev Anarı belə təbrik etdi: “...qiymətləndirmək çətindir"
Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq yazıçısı Çingiz Abdullayev AYB sədri Anarı ad günü münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, Çingiz Abdullayev təbrikində bildirib:
“Anarın 86 yaşı tamam olur. Yaxşı yaşdır. Və yaxşı formadadır. Bütün təbriklər qaydasında olacaq! Anarın mədəniyyətimizə və ədəbiyyatımıza verdiyi töhfəni qiymətləndirmək çətindir. Biz artıq 36 ildir ki, birlikdəyik. O, qurultaylarda 5 dəfə sədr seçilib. Ən çətin günlərdə! Artıq nəvələrinin də toylarını görüb. Deməli, Allah onu qəbul edir və təbrik edir! Mən də bütün təbriklərə qoşuluram!”.
"Cebhe.info"