Çingiz Abdullayev özünü haqlı çıxardı

Çingiz Abdullayev özünü haqlı çıxardı

"Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğu yerdə jurnalisti təhqir edə bilərəm?".

Cebhe.info xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev feysbuk hesabında yazıb:

"Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında Xalq yazıçısı Çingiz Abdullayev jurnalistin qurultaya ayrılan vəsaitlə bağlı sualına kəskin reaksiya göstərib. Yazıçının bu reaksiyası insanlar tərəfindən kəskin tənqid olunub.

Cebhe.info