“Facebook”da gündəm olan Əlisa Nicat: “260 manat təqaüd alıram, Yazıçılar Birliyindən bir manat da...”

“Facebook”da gündəm olan Əlisa Nicat: “260 manat təqaüd alıram, Yazıçılar Birliyindən bir manat da...”

Sosial şəbəkədə yazıçı Əlisa Nicatın sosial vəziyyəti müzakirələrə səbəb olub.

O, tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini deyib. Yüzlərlə tarixi-fəlsəfi əsərlərin müəllifinin yaşayış səviyyəsinin aşağı olmasını sosial şəbəkə istifadəçiləri təəssüflə qarşılanıb.

Onun yazıçı kimi Azərbaycan Yazıçılar Birliyindən xüsusi təqaüd almaması günün sualına çevrilib. Bu barədə Cebhe.info-ya danışan yazıçı Əlisa Nicat hazırda yalnız yaşa görə təqaüd aldığını bildirib:

“Yazıçılığa, əsərlərimə görə heç vaxt heç bir şey almamışam. Ancaq yaşla əlaqədar 260 manat təqaüd alıram. Yazıçılar Birliyindən heç vaxt bir manat da təqaüd almamışam. Kitablarım var, 50-51 cildlik külliyyatım var, 100 nüsxə çap olunub, onun 60-70-ni abunə ilə, 30-nu da satıb pulumu çıxarmağa çalışıram”.

Qeyd edək ki, Əlisa Nicat daha öncə saytımıza müsahibəsində 1970-cı ildən AYB-nin üzvü olduğunu qeyd edib.

Günay Şahmar
Cebhe.info