Kitabı 45 milyon nüsxə satılan yazıçı Bakıdadır

Kitabı 45 milyon nüsxə satılan yazıçı Bakıdadır

Məşhur yazıçı, tarixçi, professor Yuval Noah Harari Bakıdadır.

Cebhe.info xəbər verir ki, o, 2-6 tarixlərində Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağıdır.

Bu gün açılışı olan Beynəlxalq Astronavtika Konqresi 74-cü dəfə keçirilir.

Qeyd edək ki, professor tarixçi Y.Harari “Sapiens: Bəşəriyyətin qısa tarixi”, “Homo Deus: Sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” və Sapiens seriyasının “Bizi dayandırmaq olmaz” kimi populyar kitabların müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə ilə satılıb.

Xatırladaq ki, Bakı Konqres Mərkəzində baş tutan Bakı Konqresinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər. Dövlət başçısı Konqresin açılış mərasimində çıxış edib.

Günay Şahmar
Cebhe.info