Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin əmri ilə qurumun Sumqayıt bölməsinin məsləhətçisi Xatirə Fərəcli AYB İdarə Aparatında "Multikultural məsələlər” üzrə rəhbər vəzifəyə təyin olunub.

"Cebhe.info" xəbər verir ki, 2002-ci ildən AYB-nin üzvü olan X.Fərəcli AYB-nin Həmkarlar  Şurasında "Sağlamlıq və İdman” komissiyasının sədri, "İrs” komissiyasının üzvü, "Zərif” Qadın Ədəbi Məclisinin sədridir. O, həmçinin "Mədəni İnkişafın  Təbliği” İctimai Birliyinin təsisçisi və sədri, "mitmedia.az” saytının rəhbəri, Prezident mükafatçısıdır.

X.Fərəcli Almaniyada fəaliyyət göstərən "Qürbətçi Türkmən Yazarlar Ocağı”nın və "Qürbət yanğısı” jurnalının Azərbaycan üzrə təmsilçisidir.

"Cebhe.info"