Yazarlara verilən təqaüd artıb?

Yazarlara verilən təqaüd artıb?

Azərbaycan Yazıçılar Birliyi hər il 70 yazara təqaüd verir. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. Onun sözlərinə görə, təqaüdlər bir il ərzində verilir: 

“Bizdə 35 yaşa qədər yazarlar gənc hesab olunurlar. Azərbaycan Yazıçılar Birliyi özü təqaüd vermir. Dövlətin verdiyi təqaüdü təqdim edir. Yaşlılara 300 manat, gənclərə isə 200 manat təqaüd hesablanır”. 

O, təqaüdlərin məbləğinin artırılmasından məlumatsız olduğunu qeyd edib. Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Prezident təqaüdü üçün ərizə ilə quruma müraciət edilir. 

Həmin ərizələr içərisindən 70 nəfər seçilərək, onlara təqaüd verilməsi təmin olunur. 

Günay Şahmar 
Cebhe.info