“Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq” mövzusunda tədbir keçirilib - FOTOLAR

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin “Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq” mövzusunda tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev romanın Azərbaycan tarixindəki yerindən danışıb. O bildirib ki, dinlərarası dialoq xarici siyasətimizdə önəmli rola malikdir:
"Bu baxımdan "Əli və Nino" və onun siyasi məqamları haqqında təqdimat hazırlamışıq. Əsər Azərbaycanın tarixi baxımından mühüm dövrə təsadüf edir. Proseslər həm Rusiya İmperiyasının işğalı, həm də 2 illik müstəqillik dövründə baş verir. Əsərin müəllifinin kimliyi ilə bağlı müxtəlif versiyalar mövcuddur. "Əli və Nino" Qurban Səid təxəllüsü ilə yazılıb. Rəsmi olaraq bu təxəllüs baronessa Elfrida fon Ehrenfelsinə məxsusdur. O, Azərbaycanda yaşamış yəhudi əsilli Lev Nissembaumun sevgilisi olub. Ona görə də əsərin Lev Nissembaum tərəfindən yazıldığı iddiaları səsləndilir. Digər versiya isə əsərin Yusif Vəzir Çəmənzəmənli tərəfindən yazılması fikridir. Amerikalı araşdırmaçı Betti Bleyr düşünür ki, əsər üçün materialları məhz Çəmənzəminli toplayıb".
Fərid Şəfiyev bildirib ki, bu əsəri ona doğma edən digər bir məqam isə ailə bağlarının olmasıdır. O qeyd edib ki, Çəmənzəminli onun ulu babası azərbaycanlı ƏliPaşa Əliyev və həyat yoldaşı gürcü Aleksandranın qonşusu olub. Onların qızının adı Tamara olub və əsər də bu şəkildədir.
"Bu gün Azərbaycan ətrafında çox mürəkkəb geo-siyasi proseslər gedir. Ölkəmizə qarşı müəyyən təzyiqlər var. Bütün bunlara baxmayaraq, Azərbaycan xarici və daxili siyasətini davam etdirir. Bugünkü hadisələr fonunda da "Əli və Nino" və onun siyasi məqamları haqqında təqdimat hazırlamağın yeridir" - deyə o qeyd edib.
Cebhe.info