Sabirabadda qəza olub: 6 nəfər xəsarət alıb

Sabirabadda qəza olub: 6 nəfər xəsarət alıb

Sabirabadda qəza olub, 6 nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Surra kəndi ərazisində qeydə alınıb.

“Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 6 nəfərdən 2-nin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"